Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsində ətrafında müzakirələr aparacaqlar.
Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.
“İki sahil” xəbər verir ki, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.
Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.
Qeyd edək ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

“İki sahil”in xəbərinə görə, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib