Almaniya səfiri Ralf Horlemann Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib.
“İki sahil” xəbər verir ki, diplomat bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Almaniya səfiri ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.
Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib