Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə danışıblar.
Görüş barədə özünün “X” hesabında paylaşım edən C.Bayramov yazıb ki, həmkarını rəsmi Bakının regional sülh səyləri barədə məlumatlandırıb.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib