Belqorod vilayətində "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərinin qaytarılması məsələsi ilə bağlı Moskva və Kiyev arasında danışıqlar bu gün baş tutacaq.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets məlumat verib.
Lubinets qeyd edib ki, bu gün o, Rusiyanın ukraynalı məhbusların cəsədlərini təhvil verməyə hazır olması barədə məlumatla tanış olub. Daha əvvəl Telegram kanalında o, Rusiya Federasiyasının rəsmi siyahıları təhvil vermədiyini, faktı təsdiqləmədiyini və beynəlxalq təşkilatlara faciə yerinə girişi təmin etmədiyini iddia etmişdi.
Rusiya tərəfinin iddiasına görə, məlum təyyarədə 74 nəfər, o cümlədən 65 Ukrayna əsgəri olub və onların hamısı həlak olub. Rusiya Müdafiə Nazirliyi hadisəni terror hücumu adlandıraraq, Kiyevin əsirlərin mübadilə üçün daşınmasını bildiyini və Moskvanı Ukrayna hərbçilərini məhv etməkdə ittiham etmək üçün təyyarəyə hücum etdiyini vurğulayıb.
Xatırladaq ki, ötən ay Ukrayna Rusiyadan Belqorod vilayətində "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərinin təhvil verilməsini istəmişdi.
Günel Cəlilova, "İki sahil"