Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır, buna görə də qonşu ölkələrə danışıqlar üçün öz platformasını təklif edir.
"İki sahil” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyənin Antalya vilayətində keçirilən III Diplomatiya Forumunda deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və ondan hər iki tərəf faydalanacaq: “Sülhün alternativi yoxdur, bu səbəbdən Tibilisi Cənubi Qafqazda danışıqları və sabitliyin bərqərar olmasını dəstəkləyir”.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib