Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri tarixi əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ADF2024 çərçivəsində Türk dünyasına həsr olunmuş paneldəki çıxışı zamanı bildirib.
O qeyd edib ki, tarixdə ilk dəfə olaraq seçki prosesi işğaldan azad olunmuş ərazilərdə də baş tutub.
Ceyhun Bayramov, həmçinin Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün ən vacib təşkilat olduğunu da əlavə edib. Onun sözlərinə görə, dünyada mövcud olan yeni çağırışlar qarşısında Türk dünyasının birliyi xüsusi önəm daşıyır.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib