02 mart 2024 01:36
474

Bu şirkət Yaponiyada pilotsuz taksi servisi yaradacaq

Nissan şirkəti bildirib ki, o, 2027-ci ilə qədər Yaponiyada öz minivenləri əsasında pilotsuz taksi servisini yaratmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, şirkət bildirib ki, pilotsuz taksi servisinin testlərinə artıq cari maliyyə ilində start verilməlidir. Testlər Tokionun cənubunda yerləşən Yokohama ərazisində keçirilməlidir. Məlumatda qeyd edilib ki, Nissan nəqliyyat sahəsində yeni həllərin yaradılması üçün yerli orqan və operatorlarla əməkdaşlıq etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, Nissan öz pilotsuz avtomobillərini 2017-ci ildən Yaponiya və digər ölkələrdə test edir. Şirkətin rəqibləri olan Toyota ilə Honda da Tokioda pilotsuz taksi servisləri yaratmağı planlaşdırırlar. Bunun 2025-2026-cı illərdə baş verəcəyi nəzərdə tutulub.