04 mart 2024 01:01
265

Mançester derbisini "Siti" qazandı

İngiltərə Premyer Liqasında Mançester derbisi keçirilib.

“İki sahil” xəbər verir ki, 27-ci turun mərkəzi matçında "Mançester Siti" əzəli rəqibi olan "Mançester Yunayted"i qəbul edib.  Oyun "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı 8-ci dəqiqədə "Mançester Yunayted"dən Markus Reşford açıb. 56-cı dəqiqədə Fil Foden bərabərlik qolunu vurub. O, 80-ci dəqiqədə də fərqlənərək komandasını hesabda önə çıxarıb. 90+1-ci dəqiqədə isə Erlinq Haaland son nöqtəni qoyub. Beləliklə, "Mançester Siti" geridönüş edib və "qırmızı şeytanlar"ı üstələyib.

Maraq üçün qeyd edək ki, bu komandalar daha əvvəl 191 dəfə üz-üzə gəliblər. Bu oyunlarda "Mançester Siti" 60, "Mançester YUnayted" 78 dəfə qaib gəlib. 53 dəfə isə heç-heçə qeydə alınıb.

Hazırda "Mançester Siti" turnir cədvəlində 62 xalla 2-ci, "Mançester Yunayted" isə 44 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 63 xalla "Liverpul" başçılıq edir.