Polşa çempionatında 23-cü turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Puşa” ilə qarşılaşıb və 3:2 hesabıyla qalib gəlib.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS 13 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.