Avropa dövlətlərinin və digər dövlətlərin Azərbaycana qarşı təzyiqləri bizim üçün yox hesab edilir. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq.
“İki sahil” xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib.
Deputat Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.
Osman Mesten hazırda Özbəkistan və Türkmənistanın təşkilatda müşahidəçi qismində iştirak etdiklərini deyib: "Biz istəyirik ki, onlar da bizim təşkilata üzv olsunlar. Bizim birlikdə olmağımız dosta qüvvət, düşmənə mesajdır".
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib