Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün təzyiqlərinə baxmayaraq biz hər zaman qardaş Azərbaycanın yanında olacağıq.
“İki sahil” xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının martın 4-də Bakıda keçirilən XI iclasında deyib.
O hesab edir ki, türk dövlətləri arasındakı əlaqələrin güclənməsi dostlarda güvən yaradacaq, düşmənin canına qorxu salacaqdır: "Türk Dövlətləri Təşkiları başda olmaqla bir çox beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etdirməliyik. Həmçinin, qardaş Özbəkistan və Türkmənistanı da TÜRKPA üzv dövlətləri sırasında görmək istəyirik".
O.Mesten Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib