Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin ekspertlərindən ibarət şəbəkə yaratmışıq. Bu şəbəkənin ekspertləri müzakirələr və analizlər aparırlar.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçiriləcək tədbirlə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, islamofobiyaya qarşı mübarizə konfransı kimi tədbirlər belə şəbəkələrin qurulmasına da kömək edir: "Bizim alimlərdən ibarət qeyri-rəsmi bir şəbəkə yaratmaq niyyətimiz də var. Bu və ya digər formada Azərbaycanın maraqlarını əks etdirən qrupdan söhbət gedir. Əslində, belə bir qrup artıq var, onlar keçən il də Bakıya gəliblər, bu il də gələcəklər".
Qeyd edək ki, martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" konfransı keçiriləcək.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib