05 mart 2024 15:51
268

Zaxarova: Əgər rus müxbirlərə toxunsalar...

Berlin-Moskva xəttində səs yazısı böhranı gərginliyi artırıb.

“İki sahil” CNN TÜRK-ə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, Almaniya hökuməti ölkədəki rus jurnalistlərə toxunarsa, onlar cavab verəcəklər.

YouTube-da 'Solovyev Live' kanalında qonaq olan Zaxarova, alman zabitlərinin səs yazısının açıqlanmasından sonra Almaniyanın rus jurnalistləri ölkədən deportasiya edə biləcəyi ilə bağlı iddiaları şərh edib.

Zaxarova, "Qeyd etmək istərdim ki, Berlindəkilər diplomatik kanallar vasitəsilə bundan xəbərdarıq. Əgər rus müxbirlərə toxunsalar və hər şeyə rəğmən düşündüklərini edərlərsə, o zaman alman jurnalistlər də Rusiyanı tərk edəcəklər" deyib.

Günel Cəlilova, "İki sahil"