05 mart 2024 17:01
256

Paşinyan Misir Prezidenti ilə regional məsələləri müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

"İki sahil" Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qahirədə keçirilən danışıqlardan sonra Əbdülfəttah əs-Sisi Cənubi Qafqazda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini, sülh prosesini dəstəklədiyini bildirib.

Tərəflər həmçinin siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olaraq ticarət həcmini artırmağa, o cümlədən süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla, yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını bildirib.