Azərbaycanın "Qlobal Metan Vədi"nə qoşulmasını alqışlayıram
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi "X" sosial şəbəkə paylaşımında deyib.
"Mən Azərbaycanın qlobal istiləşmənin tempini azaltmaq və temperatur artımının 1,5 dərəcə səviyyəsində saxlamaq üçün Qlobal Metan Öhdəliyini imzalamasını alqışlayıram. Azərbaycanın GMP-ə (red."QLobal Metan Vədi") qoşulması metan emissiyalarının kəskin şəkildə azaldılması üzrə qlobal səylərə mühüm təkan verir və iqlim böhranına qarşı mübarizədə ABŞ və digər tərəfdaşlarla əməkdaşlıq üçün yeni platforma yaradır", - deyə səfir bildirib.
Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb