Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.
“Dost ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Rusiya ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq”, - o bildirib.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib