Xəbər verildiyi kimi, ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar.
“İki sahil” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu gün – martın 5-də tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.
Qeyd edək ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.
Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib