Dövlət başçısının imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
“İki sahil” xəbər verir ki, bu Sərəncamadək Elçin Yusubov 4 il müddətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsini icra edib.
1975-ci il təvəllüdlü E.Yusubov daha əvvəl özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində və “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
O daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini də tutub.
2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib