İslamofobiya barəsində ciddi tədbirlərin görülməsinə ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu G20 Dinlərarası Forumun Prezidenti professor Cole Durham Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.
"Ümumiyyətlə, cavab tədbirlərinin əhatə dairəsi genişləndirilməlir. Biz görürük ki, digər mənsəblər də müxtəlif sıxışdırmalara məruz qalır. Bütün bu faktlar mütləq şəkildə göstərir ki, dini zəmində nifrətə, ikraha qarşı həll yolları səmərəli və lazımlı bir prosesdir", - o bildirib.
Professorun sözlərinə görə, nifrət motivli çıxışlara adekvat cavablar özünü gecikdirməməlidir:
"Bunun üçün xüsusi təlimlər keçirilə, hökumətlər tərəfindən dialoqlar platforması qurula, fərdlər buna təşfiq edilə bilər. Ümid edirəm ki, biz qarşılıqlı əməkdaşlıq çərçivəsində həll yollarını tapacaq, öyrənəcək və öyrədəcəyik".
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib