İslamı terrorçu din kimi təqdim edənlər dövlətlərarası yaranan münaqişələrin dinlərlə bağlı olmadığına nəzər salmalıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyada deyib.
Multikulturalizmin sülh və əmin-amanlıqla yaşamağın tək yolu olduğuna diqqət çəkən professor qeyd edib ki, heç bir millət digərindən üstün deyil:
“İslamofobiyanın heç bir real səbəbi yoxdur. Bu, sadəcə bölücü bir siyasətin tərkib hissəsidir. Yeganə həll yolu dövlətlərin öz siyasətini dəyişdirməsidir. İslamafobiyanı tətbiq edən ölkələr bu səbəbdən gələcəkdə ciddi problemlər yaşaya bilər”.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib