İslamofobiya sonradan yaradılmış bir konsepsiyadır.
“İki sahil” xəbər verir ki, bunu Qətər Universitetində Körfəz Tədqiqatlar Mərkəzinin direktoru Mahcub Ahmed Suleman Zveiri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" adlı plenar iclasında çıxışı zamanı deyib.
"Bizim dinimiz insanlığa, uşaqlara, qadınlara hörmət edir. Onlara silah tuşlamır, öldürmür. Bəs digərləri necə? Bu gün münaqişə ocaqlarına baxanda fərqli mənzərələr görünür. İslamofobiya vasitəsilə müsəlmanları təcrid edilirlər.
Bizə adaptasiyadan dərs keçənlər öz tarixlərinə baxsınlar və görsünlər kimlər daha tez adaptasiya olur.
Günümüzdə 240 milyon tələbə qlobal universitetlərdə təhsil alır. Onlar təxminən 1 milyard insanın həyatına bu və ya digər şəkildə təsir etmiş olurlar. Bu baxımdan, sözügedən məsələlərin təhsil sahəsinə siraəti xüsusilə önəmlidir", - o vurğulayıb.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib