Mən islamofobiya ilə mübarizəni yalnız Azərbaycanın yox, bütün dünyanın mübarizəsi kimi görürəm. Çünki bu, haqlı və tamamilə qanuni bir mübarizədir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, almaniyalı jurnalist Tomas Fasbender deyib.
T.Fasbender xristian ölkəsinin təmsilçisi olaraq mənsub olduğu dinin də dünyanın bəzi ərazilərində təqiblərə məruz qaldığını qeyd edib.
“Biz də həmçinin konfranslar təşkil edirik və elmi sübutlar toplayaraq təqiblərin qarşısını almağa cəhd göstəririk. İslam dininın təqib olunması da real bir faktdır və mən Azərbaycanı islamofobiyaya qarşı mübarizədə dəstəkləyirəm”, - deyə jurnalist vurğulayıb.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib