İslamofobiya ilə bağlı problemləri həll etmək üçün təkcə müzakirələrə deyil, həm də xüsusi təlimlərə ehtiyac var.
“İki sahil” xəbər verir ki, bu barədə “report”a açıqlamasında ABŞ-də fəaliyyət göstərən Sivilizasiya Mübadiləsi və Əməkdaşlıq Fondunun təsisçisi və prezidenti Məhəmməd Bəşər Ərafat (Mohamad Bashar Arafat) bildirib.
Onun sözlərinə görə, bu gün Bakıda təşkil olunan konfrans digər müsəlman ölkələrində islamofobiya mövzusunda analoji tədbirlər keçirilmədiyi üçün mühüm əhəmiyyət kəsb edir: “Bu konfrans diqqətdən kənarda qalmamalı olan mühüm bir məsələni ön plana çıxarır. İslamofobiya ilə mübarizə mövzusu ABŞ, Avropa, Afrika daxil olmaqla bütün dünyada aktualdır”.
M.B.Ərəfat sosial şəbəkələrdə də islamofobiya ilə mübarizəyə dair layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib