İslamofobiyanın təzahürləri müsəlman tələbələrin mental sağlamlığına mənfi təsir göstərir.
“İki sahil” xəbər verir ki, bunu Ailə və Gənclər İnstitutunun (ABŞ) icraçı direktoru Samirə Əhməd Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” beynəlxalq konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.
“Müsəlman tələbələr özlərinə qarşı fərqli davranıldığını hiss edirlər və bu, gündəlik olaraq mikroaqressiya şəklində özünü göstərir. Buraya onların akademik göstəriciləri haqqında qeyri-dəqiq məlumatlar, qabiliyyətləri haqqında irəli sürülən fərziyyələr və stereotiplər, müəyyən mövzular üzrə mühakimələrin obyektivliyinə şübhə ilə yanaşmaq daxildir”, - o vurğulayıb.
S.Əhməd əlavə edib ki, nəticədə kollec tələbələri akademik məkanlarda ehtiyatlı davranmağa məcbur olur, müzakirələrdə fikirlərini tamamilə açıq şəkildə ifadə edə bilmirlər.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib