Azərbaycan Prezidenti İlham Əliyev bu prosesin (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları - red) sülh sazişinin imzalanması, tarixin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacağına ümidvar olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
"Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq", - Azərbaycan lideri qeyd edib.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib