14 mart 2024 14:00
441

Bu qidaları MÜTLƏQ YEYİN! FOTO

İnsan orqanizmi üçün faydalı olan 6 məhsul müəyyənləşdirilib.

“İki sahil” “health.mail.ru”-ya istinadla həmin məhsulları təqdim edir:

1. Yumurta - Yumurta insan orqanizmi üçün faydalıdır. Bu, hamilə xanımlar üçün xüsusi vacibdir.

Yumurtanın tərkibində olan xolin körpənin sağlam inkişafı üçün vacibdir və bədənin omeqa-3 yağ turşuları və B vitaminləri kimi digər qida maddələrini mənimsəməsinə kömək edir. Yumurta eyni zamanda, ideal protein və D vitamini mənbəyidir. Bəzi alimlər hesab edir ki, müntəzəm yumurta istehlakı ilə insult riskini azaldır.

2. Lobya - Ən yaxşı lif mənbələrindən biridir.

Bundan əlavə, tərkibində çoxlu bitki zülalı, B vitaminləri, sink və dəmir var. Yaşlandıqca xolesterol və qan şəkəri səviyyələrini nəzarətdə saxlamaq üçün tez-tez lobya yeməliyik.

3. Göyərti - İspanaq, reyhan, kahı və hətta Brüssel kələmi hər gün yeməyə dəyər tərəvəzlərdir.

Həkimlər hesab edirlər ki, gündə ən azı bir porsiya göyərti yeyənlər daha yavaş qocalır və idrak qabiliyyətinin itirilməsi ehtimalı daha azdır.

4. Qoz-fındıq - Ürək sağlamlığı üçün vacib olan bitki zülalı, lif və doymamış yağlarla zəngindir.

Hər gün qoz-fındıq yemək xeyirlidir.

5. Soğan- Ən sağlam tərəvəzlərdən biri olan soğan ürək və damar sağlamlığı üçün zəruri olan antioksidantlarla yanaşı, flavonoidlərlə də zəngindir. Soğanla yanaşı sarımsaq da eyni dərəcədə faydalıdır.

6. Qızılbalıq - Omeqa-3 yağ turşuları, EPA və DHA qızılbalığı dünyanın ən sağlam balığı edir. Somonun müntəzəm istehlakı iltihabı azaldır, ürək xəstəliyi riskini azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır, həmçinin diabetin inkişafını ləngidir.

Nüsrət Məmmədov, "İki sahil"