14 mart 2024 14:45
325

Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, dondurulmuş münaqişə aradan qaldırılıb - Vayra Vike-Freyberqa

Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, 28 il həll olunmamış, dondurulmuş münaqişə nəhayət aradan qaldırıldı.

“İki sahil” xəbər verir ki, bu sözləri Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

Sabiq Prezident, həmçinin qeyd edib ki, Ermənistan qeyri-qanuni olaraq, beynəlxalq hüquqa zidd olaraq öz qonşusunun ərazisini işğal etmişdi və Azərbaycan öz ərazi bütövlüyünü, yəni, özünə aid olan ərazi bütövlüyünü bərpa etdi.