14 mart 2024 15:19
376

Serial ulduzunun VƏSİYYƏTİ

Evində ölü tapılan “Dostlar” serialının ulduzu Metyu Perrinin vəsiyyəti 4 ay sonra bəlli olub.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, evində cakuzidə ölü tapıldığı bildirilən 54 yaşlı Perrinin cəsədinin yarılmasından sonra məlum olub ki, aktyor "ketaminin kəskin təsiri" səbəbindən ölüb. 

Belə ki, qanında ketamin olan aktyorun cakuzidə boğularaq öldüyü bildirilib.  Ketamin narahatlıq və depressiyanı müalicə etmək üçün istifadə olunur. Los-Anceles Tibbi Ekspertiza Departamentinin hazırladığı hesabatda aktyorun ölümü "qəza" olaraq qiymətləndirilir.

Uzun illər alkoqol və narkotik asılılıq ilə mübarizə aparan aktyor son 19 ay ərzində heç bir narkotik maddə istifadə etməmişdi.
Aktyorun ölümündən bir neçə ay sonra 2009-cu ildə hazırladığı vəsiyyəti üzə çıxıb.  Aktyor "Alvy Singer Living Trust" adlı fonda 1 milyon dollar bağışlayıb. 

Aktyorun atası Con, anası Suzanna, bacısı Keytlin Morrison və Reyçel Dann vəsiyyətnamədə yer alan digər şəxslər arasındadır. Aktyorun ögey atası Morrison NBC telekanalına müsahibəsində ötən ilin oktyabrında dünyasını dəyişən Perridən danışarkən bu ifadələri səsləndirib : "O xoşbəxt idi…Xoşbəxt olduğunu söyləyirdi".

Aktyorun 76 yaşlı ögey atası heç vaxt doğma atasını əvəz etməyə çalışmadığını və münasibətlərinin yaxşı olduğunu da bildirib. Morrison həmçinin Metyunun asılılığını tam yenə bilmədiyini vurğulayaraq: “O, asılılığını məğlub etdiyini düşünürdü, amma siz heç vaxt bacara bilməzsiniz. Bunu o da bilirdi" söyləyib.