14 mart 2024 15:53
440

Neçə saat yatmaq uşağın inkişafına yaxşı təsir edir? - FOTO

Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə Uzman Dr. Öğr. Ü. Burçin Yorgancı Kale yuxunun həm uşaqların, həm də böyüklərin fiziki, zehni və emosional sağlamlığı baxımından son dərəcə əhəmiyyətli olduğunu bildirib. Həkim, yuxunun güclü immunitet sistemindən tutmuş yaddaşa və öyrənməyə, çəki nəzarətindən zehni qabiliyyətin artmasına qədər bir çox məsələdə həyatın əvəzolunmaz bir elementi olduğunu vurğulayıb.

“İki sahil” CNN-Türk”ə istianadən xəbər verir ki, həkim-mütəxəssis, uşaqlarda yuxu problemləri və onların həlli ilə bağlı vacib məlumatlar verib.

Belə ki, uzun müddətli yuxusuzluq halı uşaqlarda bədən istiliyinə nəzarətin itməsinə eyni zamanda, qida mübadiləsi və immunitet sisteminin pozulmasına səbəb olur. Uşaqların üzləşdiyi bu problemlər həm onlara, həm də valideynlərinin psixi sağlamlığına mənfi təsir göstərir.

Uzman Dr. Öğr. Ü. BurçinYorgancı Kale uşaqlarda yaşa görə normal yuxu müddətinni açıqlayıb. Belə ki, yeni doğulandan – 3 aya qədər olan körpələr üçün yuxu müddəti tam təyin edilməyib. 4-12 ay arası körpələrdə isə 12 saat, 1-2 yaş arasında uşaqlar 11 saat, 3-5 yaş arasında 10 saat, 6-12 yaş arasında 9 saat, 13-18 yaş arasında isə yuxu müddəti 8 saat qəbul edilməktədir.

Nigar Orucova, “İki sahil”