15 mart 2024 01:35
356

Təklif edilən TikTok qadağası ABŞ-a baha başa gələcək - Çin

Pekin xəbərdarlıq edib ki, Çinə məxsus video paylaşma proqramı TikTok-la bağlı təklif edilən qadağa ABŞ-a “baha başa gələ” bilər.

ABŞ Nümayəndələr Palatası çərşənbə günü tətbiqin çinli sahibi ilə əlaqələri kəsməyə və ya Birləşmiş Ştatlarda qadağan edilməsinə məcbur edən qanun layihəsini səsə qoymağa hazırlaşır.

Video paylaşma proqramı üçün hələ də ən böyük təhlükədir.

Səsvermədən əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin təklif olunan qadağanı pisləyib. “Birləşmiş Ştatlar heç vaxt TikTok-un ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyinə dair sübut tapmasa da, TikTok-u sıxışdırmağı dayandırmayıb. Ədalətli rəqabətdə qalib gələ bilməyən bu cür zorakı davranış şirkətlərin normal biznes fəaliyyətini pozur, beynəlxalq investorların investisiya mühitinə inamını zədələyir və normal beynəlxalq iqtisadi və ticarət nizamına xələl gətirir", -deyə o, əlavə edib.

"Bu, qaçılmaz olaraq Birləşmiş Ştatların özü üçün əks nəticə göstərəcək", - deyə Vanq bildirib.

Qanun layihəsinin taleyi Senatda qeyri-müəyyəndir, burada əsas fiqurlar 170 milyon amerikalı istifadəçisi olan çox populyar bir tətbiqə qarşı belə kəskin addım atmağın əleyhinədir.

Ağ Evdən bildiriblər ki, Prezident Co Bayden rəsmi olaraq "Amerikalıları Xarici Düşmənlərin Nəzarət Edilən Tətbiqlərdən Müdafiəsi Aktı" kimi tanınan qanun layihəsi onun masasına gələrsə, imzalayacaq.

Şirkət bildirir ki, TikTok Çin hökuməti ilə hər hansı əlaqəni qəti şəkildə inkar edir və ABŞ istifadəçilərinin məlumatlarının ölkədə qalması üçün şirkəti yenidən strukturlaşdırıb.

TikTokun baş icraçı direktoru Şou Zi Çyu Vaşinqtondadır və qanun layihəsini dayandırmaq üçün dəstəyi artırmağa çalışır.

Nubar Süleymanova, “İki sahil”