15 mart 2024 12:15
360

Kakao içmək qaraciyəri serrozdan qoruyur

Kakaodan istifadə etmək ürək-damar xəstəlikləri və bəzi digər sağlamlıq problemləri olan insanlar üçün faydalı ola bilə.

“İki sahil” xəbər verir ki, bu haqda “Sputnik” radiosuna açıqlamasında tibb və qidalanma üzrə mütəxəssis Tatyana Zaletova bildirib.

 O, kakaonun tərkibindəki maddələrin qaraciyər serrozu olan xəstələrə kömək etdiyini bildirib.

“Şübhəsiz ki, bu içki dərman deyil. Lakin xəstəliyin gedişatını ləngidə bilər. Kakao viruslu hepatit və ya alkoqolsuz yağlı qaraciyər xəstəliyi kimi serroza səbəb olan müxtəlif patologiyaların kompleks müalicəsinə kömək edə bilər”- deyə mütəxəssis bildirib.  Onun sözlərinə görə, bu içki həm də şəkərli diabet və bəzi xərçəng növlərinin qarşısını alır.

Kakao eyni zamanda, ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edən antioksidanlarla zəngindir.

Kakaonun tərkibində olan bioaktiv birləşmələr trombositlərin yığılmasını azaldır ki, bu da infarkt və insultların qarşısını alır. Deməli, kakao ömrü uzadır. Kakaonun tərkibində olan antioksidantlar və flavonoidlər yaddaşı və diqqəti də yaxşılaşdırır.

Zaletova həftədə iki-üç dəfə süd və şəkərsiz kakao içməyi məsləhət görür. Şəkərli kakao və ya süd əlavə olunması çəki artımına səbəb ola bilər.

Nüsrət Məmmədov, "İki sahil"