15 mart 2024 23:44
449

Təhlükəli xallara qarşı diqqətli olun!

"Rossiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində mütəxəssislər çoxlarını narahat edən sualla bağlı müzakirə aparıblar: Böyük xalları götürmək lazımdırmı? Bu, nə qədər təhlükəlidir?

Doktor Aleksandr Myasnikov xəbərdarlıq edib ki, belə “radikal” tədbirlər görməzdən əvvəl mütləq həkimə müraciət etməli və xalın mənşəyini öyrənməlisiniz.

"Bəzən dəridə belə lifli böyümələr ola bilər - onlar xal kimi görünürlər, amma xal deyillər",-deyə həkim bildirib.

O qeyd edib ki, təhlükəli xallar adətən, getdikcə qalınlaşır, tez böyüyür, formasını, rəngini, ölçüsünü dəyişir. Həkim vurğulayıb ki, təkcə ölçü əhəmiyyət kəsb etmir.

Nubar Süleymanova, “İki sahil”