19 mart 2024 12:15
376

NATO Azərbaycana vacib tərəfdaş kimi yanaşır - Fazil Mustafa/EKSKLÜZİV

NATO ilə münasibətlərimizin gələcəyi ilə bağlı bu müzakirələrdə müsbət impulslar ortaya çıxıb

NATO ilə münasibətlərimizin uzun illərdir davam etməsi bütün hallarda Azərbaycanın uğurudur. Çünki biz bir qütblü anlayışına sahib deyilik. Bütün parametrlərlə və bir-birinə əks olan cinahlarla da münasibət qurmağı bacarırıq. Bu, dövlətimizin gücüdür.

Bu sözləri “İki sahil”ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa Azərbaycanın qonşu ölkələrlə də normal münasibətinin olduğunu vurğulayıb:  “Eləcə də NATO ilə əməkdaşlığımız uzun illərdir davam edir. Xüsusilə təhlükəsizlik sahəsində Azərbaycanın önəmli töhfələri var. NATO da bunu qiymətləndirir və Azərbaycana vacib tərəfdaş kimi yanaşır. Biz bu əlaqələrin inkişafına maraqlıyıq. Hər hansı bir şəkildə bu həm də bizim müstəqil xarici siyasət yeritməyimizin göstəricisidir. Çünki əks halda bu cür addımları hər bir ölkə belə rahatlıqla ata bilmir. NATO ilə münasibətlərimizin gələcəyi ilə bağlı bu müzakirələrdə müsbət impulslar ortaya çıxıb. Cənab Prezident İlham Əliyev də müstəqil ölkənin rəhbəri kimi xarici siyasətdə Azərbaycanın prioritet maraqlarına uyğun gələn addımları atmağa çalışır. Bu da ölkəmizin böyük uğurlarından biridir. Çünki Azərbaycanın NATO kimi böyük hərbi təşkilatla hesablaşması kifayət qədər ciddi məsələdir. Bizimlə münasibətlərin davam etdirilməsi və inkişafı həm onlar, həm də bizim üçün faydalıdır”. 

Sayalı Abasova, “İki sahil”