19 mart 2024 23:35
498

Sosial media asılılığı bu insanlarda daha çoxdur - FOTO

Sosial media asılılığı səbəbindən bir çox insanlar Facebook, Instagram, X (Twitter), TikTok və LinkedIn kimi sosial platformalarda uzun müddət vaxt keçirirlər. Sosial media asılılığının simptomları arasında daimi onlayn olmaq istəyi, üz-üzə ünsiyyət qurmaqda çətinlik, internet bağlantısı olmadıqda özünü məhrum hiss etmək və hətta sosial mühitlərdə belə tez-tez smartfona diqqət yetirmək daxildir.

“İki sahil” “CNN-Türk”ə istinadən xəbər verir ki, Instagram, Facebook, X (Twitter) və TikTok kimi sosial şəbəkələrdən düzgün istifadə edilmədikdə insanın həyatına mənfi təsir göstərir. Psixoloq Ecem Özcan Tatlıdil bu problemə toxunaraq diqqətçəkən açıqlamalar verib.

Psixoloq Ecem Özcan Tatlıdil bildirib ki, sosial media aslılığı olan insanların bəzi xüsusiyyətləri daha qabarıq şəkildə özünü göstərir. Belə ki, narsist insanlarda sosial media asılılığı daha yüksək olur. Belə insanlar həyatlarının hər bir təfərrüatını dünyada hər şeydən daha vacib gördükləri üçün Facebook, Instagram və TikTok kimi mühitlərlə əlaqəli və ya özlərini əks etdirən anları dərhal paylaşım edirlər.

Bəs sosial media asılılığının müalicəsi necə aparılır?

Psixoloq Tatlıdil qeyd edib ki, müalicədə həm farmakoterapiya, həm də psixoterapiya üsulları tövsiyə olunur. Farmakoterapiya ilə müalicə üsulunda antidepressant dərmanlara üstünlük verilir. Bundan əlavə, psixoterapiya ilə müalicə çərçivəsində, koqnitiv-davranış terapiyası və lazım gəldikdə ailə terapiyası tətbiq edilir.

Nigar Orucova, “İki sahil”