19 mart 2024 23:09
252

800 ildən sonra oyandı

İslandiyada dekabr ayından bəri dördüncü dəfə vulkan püskürməsinin yaxınlıqdakı bir şəhərdə təxliyəyəyə səbəb olduğu haqda məlumat vermişdik.

“İki sahil” xəbər verir ki, püskürmə ada dövlətinin cənub-qərbində, paytaxt Reykyavikdən təxminən 50 kilometr cənub-qərbdə Reykjanes yarımadasında 2,9 kilometr uzunluğunda çatın açılması ilə başlayıb.

Yaxınlıqdakı balıqçı şəhəri Qrindavik və çox məşhur olan Blue Lagoon termal kurortu boşaldılıb. Bu, keçən ilin sonundan bəri Sundhnuksgiga krater silsiləsinin dördüncü püskürməsidir. Partlayışlar 2023-cü il dekabrın 18-də, 2024-cü il yanvarın 14-də və fevralın 8-də baş verib. Noyabr ayında Svartsengi vulkan sistemi Qrindavikin şimalında torpaqda böyük çatlar açan bir sıra zəlzələlərlə demək olar ki, 800 illik yuxudan sonra aktivləşdib.

Mütəxəssislərin fikrincə, şəhərin şimalındakı lava axını dənizə doğru yönəlir, bu da təhlükəli ola bilər.