20 mart 2024 15:15
556

Evində 130 metrlik gizli tunel tapıldı - FOTO

Tunelin sonu başqa ölkəyə çıxır

Kənd sakininin evindən qeyri-qanuni miqrasiya və yük daşınması üçün istifadə edilən 130 metr uzunluğunda gizli tunel aşkar edilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin verdiyi açıqlamada Qırğızıstan-Özbəkistan sərhədində qeyri-qanuni miqrasiya və yük daşımalarının aşkarlanması istiqamətində əməliyyat aparıldığı bildirilib. Bildirilib ki, əməliyyat nəticəsində Qırğızıstanın Çalal-Abad vilayətinin Suzak rayonunun Bek-Abad kəndindəki evdə iki ölkəni birləşdirən gizli tunel aşkarlanıb.

Açıqlamada tunelin dərinliyi 15 metr, uzunluğu isə 130 metr olduğu bildirilib. Tunelin Qırğızıstan dövlət sərhədinə qədər olan hissəsi 50 metr, hündürlüyü isə 1 metr 70 santimetr müəyyən edilib. Qeyri-qanuni miqrasiya və yük daşımaları təşkil edən 38 yaşlı E.A. (şərti olaraq) adlı evin sahibi nəzarətə götürülüb.

Hadisə ilə əlaqəsi olan və sözügedən tuneldən istifadə edərək sərhədi qanunsuz keçən şəxslərin, habelə qanunsuz keçirilən malların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Qırğızıstanın cənubundakı Cəlal-Abad, Oş və Batken bölgələri Özbəkistanla ortaq olan iki ölkənin kəndlərinin bir-birinə çox yaxın olduğu sərhəd xəttlərində vaxtaşırı gizli tunellər aşkar edilir.

Orxan Vahidoğlu, “İki sahil”