26 mart 2024 00:06
385

Uşaqlar üçün Novruz şənliyi təşkil olunub

 "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin təşəbbüsü ilə həssas təbəqədən olan uşaqlar üçün Novruz şənliyi təşkil olunub.

“İki sahil” xəbər verir ki, millət vəkilləri Arzu Nağıyev, Müşfiq Məmmədli, Əməkdar jurnalist Mətanət Ağamirli, dosent, tibb üzrə fəlsəfə doktoru  Afət Həsənova, 28 qat dünya çempionu Eduard Məmmədov və bir sıra sənətçilər tədbirə qatılıblar. Çağırışa qoşulan ictimaiyyət nümayəndələri, ziyalılar, sənətçilər uşaqların Bahar bayramını təbrik edərək ölkəmizdə həssas kateqoriyadan olanlara göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiya olunması üçün görülən işlərdən və bu sahədə həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Bildirilib ki, orta əsrlərdən günümüzə gəlib çatmış qədim Novruz bayramı xalqımızın milli sərvətidir və uşaqlara bu bayramı yüksək əhvali-ruhiyyə ilə, sevinclə, yaddaqalan  yaşatmaq özü bir dəyərdir,  xalqımızın humanizm, sevgi, mərhəmət ənənəsidir.

Tədbirdə çıxış edən "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri üçqat dünya, dördqat Avropa çempionu, paraolimpiyaçı Aynur Məmmədova təşkilatçılar adından tədbirin keçirilməsinə maddi və mənəvi dəstək verən millət vəkillərinə, ziyalılara,  sahibkarlara xeyriyyə tədbirinə göstərdiyi dəstəyə görə vətəndaş cəmiyyəti adından minnətdarlığını bildirilib.

Şənlik boyu Novruzun əsas personajları sayılan Keçəl və Kosa uşaqları əyləndirib, incəsənət ustaları, tanınmış sənətçilərin musiqi nömrələri ilə davam edib.