Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktlarını aşkar edib.
Bu barədə “İki sahil"ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib