27 mart 2024 13:40
284

Alla Puqaçova da xarici agent kimi tanınacaq - FOTO

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin iddia edir ki, onun Alla Puqaçovanın xarici agent kimi tanınması xahişinə Baş Prokurorluqdan cavab gəlib. Onun sözlərinə görə, prokurorluq Ədliyyə Nazirliyinə müvafiq prosedurun başlanmasını xahiş edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

“Rusiya Federasiyası Baş Prokurorluğundan müraciətimə cavab almışam. Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb, prokurorluq Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir. Ümid edirəm ki, tənzimləyici orqanlar bu məsələni sona qədər həyata keçirəcəklər”- deyə Borodin Telegram-da yazıb. Amma o, sözlərini təsdiq edən heç bir sənəd təqdim etməyib.

Alla Puqaçova və əri Maksim Qalkin (xarici agent) 2022-ci ilin yazında İsrailə gediblər. Şoumen dəfələrlə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı açıq şəkildə çıxış edib. 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi Maksim Qalkini xarici agentlərin reyestrinə əlavə edib. Bundan sonra Alla Puqaçova da "həyat yoldaşı ilə həmrəy olduğu" üçün bu reyestrdə yer almağı xahiş etmişdi.

2023-cü ilin dekabrında məlum olub ki, İstintaq Komitəsi müğənniyə və onun ərinə qarşı Rusiya ordusunu gözdən salmaq maddəsi ilə cinayət işi başlatmayıb və materialları Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinə qaytarıb.