27 mart 2024 17:30
394

Yaz aylarında orqanizmi allergiyadan necə qorumalı? - FOTO

Bəzi insanlarda yazın gəlişi ilə birlikdə allergik xəstəliklərə bağlı əlamətlərdə böyük artım müşahidə olunur. Buna səbəb polen dövrünün başlaması, yəni, ağacların, çiçəklərin və otların tozcuqlarının orqanizmə yayılmasıdır.

 

“İki sahil” “CNN-Türk”ə  istinadən xəbər verir ki, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, Opr. Dr. Hikmet Yurdakul qeyd edib ki, tozcuqların yaratdığı mövsümi allergik xəstəliyə “ot qızdırması”da deyilir. Bu xəstəliyin simptomlarına burun tıxanıklığı, burun axması, asqırma, qoxu hisslərinin pozulması, gözlərdə qızartı, öskürək, nəfəs darlığı, qaşınma daxildir.

Mütəxəssis qeyd edib ki, polen allergiyasının müalicəsində profilaktika, dərman və peyvənd tətbiq edilir.

Yurdakul polenlə təması azaltmaq üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edib: “Yalnız səhər və ya uzun müddətli yağış zamanı evi havalandırın, tozcuqların pəncərələrinizə (yaxud avtomobilinizə) girməməsi üçün filtrlər quraşdırın. Qapalı otaqlarda, döşəmədəki tozcuqların uçmasının qarşısını almaq üçün turbulentlikdən (məsələn, ventilyatorlardan) çəkinmək lazımdır. Axşamlar mütləq yuyunun. Mümkünsə, havada polen konsentrasiyası yüksək olduqda (gözəl, küləkli hava) uzun müddət açıq havada qalmayın. Açıq havada olarkən günəş eynəyi və şapka taxın”.

Nigar Orucova, “İki sahil”