27 mart 2024 22:21
372

Lotereyada 1,13 milyard dollar uddu

Nyu Cersi ştatından olan şəxs ABŞ-da təxminən 1,13 milyard dollar dəyərində "Mega Millions" lotereyasında qalib gəlib.

“İki sahil” xəbər verir ki, xəbər verir ki, CNN bunun ABŞ tarixində beşinci ən böyük cekpot olduğunu bildirib.

Qeyd edək ki, təxminən 4 aya yaxındır davam edən və Nyu Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub. Cekpotun qalibi mükafatın illik ödənişini qəbul edərsə, 1,13 milyard dollara tam, birdəfəlik ödəniş istəyərsə, 537,5 milyon dollara sahib olacaq.