28 mart 2024 16:25
269

Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib

Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib.

“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.