Gəncədə Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
***
Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində yanğın qeydə alınıb.
“İki sahil” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə səbəbindən bina sakinləri təxliyə edilib
Yanğın yayılmasının qarşısı alınıb, hazırda söndürmə işləri aparılır.
Fakt araşdırılır.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib