29 mart 2024 00:12
268

Blinken və Stoltenberq arasında telefon danışığı olub

ABŞ Dövlət katibi Entoni Blinken və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Blinkenlə Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısına hazırlığı və Ukraynaya dəstək məsələsi müzakirə edib.