29 mart 2024 08:19
252

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.

“İki sahil” DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib.

Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.