29 mart 2024 08:58
235

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Şafanov Kamal Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.