29 mart 2024 09:57
258

Braziliyada göydələn yanıb

Braziliyanın şərqindəki Resife şəhərində (Pernambuko ştatı) 28 mərtəbəli göydələn yanıb.

“İki sahil” RBK-ya istinadən xəbər verir ki, yanğın tikilməkdən olan göydələnin yuxarı mərtəbələrini bürüyüb.

Yaxınlıqdakı yollarda nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb, itkinin olmadığı qeyd edilib.