29 mart 2024 10:55
254

Xabi Alonsonun qərarı bilindi

"Bayer"in baş məşqçi Xabi Alonsonun gələcəyi ilə bağlı qərarı məlum olub. 

“İki sahil” xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsümdə də Leverkuzen təmsilçisində qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Alonso İngiltərə klubunun təklifini qəbul etməyib. Adı "Bavariya" ilə də hallanan məşqçi Münhen klubuna da getməyəcək. Bunu "Bavariya"nın prezidenti Uli Höness də təsdiqləyib. O, açıqlamasında bildirib ki, Alonsonu bu yay komandaya cəlb etmək imkansız görünür.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer"i çalışdırır. Onun komandası Bundesliqada 26 turdan sonra 70 xalla liderdir.