30 mart 2024 00:18
280

Rusiyada terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol vilayətində terror aktının qarşısını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin 3 vətəndaşının fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.