Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja imzalayıb.
Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib